Azərbaycan Milli  Elmlər  Akademiyası

İQTİSADİYYAT  İNSTİTUTU

 



 

STRUKTUR

Direktor
Elmi işlər üzrə müavin
Ümumi işlər üzrə müavin
Elmi katib
Elmi şura
Problem şurası
Gənc alimlər şurası
Şöbələr

HAQQIMIZDA

İnstitutun tarixi
İnstitut haqqında
İnstituta rəhbərlik etmiş şəxslər
Tanınmış iqtisadçılar
Elmi istiqaməti
Baş elmi işçilər
Aparıcı elmi işçilər
Böyük elmi işçilər

NƏŞRLƏR

Monoqrafiyalar
"İqtisadiyyat" (Xəbərlər) jurnalı
"Elmi əsərlər" məqalələr toplusu
Məqalələr
E-kitabxana

ELMİ YARADICILIQ

Elmi hesabatlar
Məruzələr
Avtorefaratlar
Elmi konfranslar

AKADEMİK FƏALİYYƏTİ

Doktorantura
Dissertasiya şurası
Akademik proqramı
 
Müsahibələr
Layihələr
Video
Fotoqalereya
Arxiv
Əlaqə
   

AMEA İqtisad İnstitutunda GÜNƏŞ MƏZAHİR QIZI NƏSRULLAYEVANIN İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın
A V T O R E F E R A T I

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT İNSTİTUTU
Əlyazması hüququnda
GÜNƏŞ MƏZAHİR QIZI NƏSRULLAYEVA
BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ ÇÖRƏKBİŞİRMƏ SƏNAYESİNİN RƏQABƏT QABİLİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ PROBLEMLƏRI

İxtisas: 08.00.05. – Xalq təsərrüfatının iqtisadiyyatı və idarə
edilməsi (komplekslərin, sahələrin və
müəssisələrin iqtisadiyyatı, təşkili və
idarə edilməsi)

İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın
A V T O R E F E R A T I

BAKI – 2010

 

Dissertasiya işi Azərbaycan Dövlət İqtisad Universitetində yerinə yetirilmişdir.
Elmi rəhbər:
İqtisad elmləri doktoru, professor
A.B. Abbasov
Rəsmi opponentlər:
İqtisad elmləri doktoru, professor
F.Ə. Məmmədov
İqtisad elmləri namizədi
E.N. Kərimov
Aparıcı müəssisə:
Azərbaycan Elmi
Tədqiqat Kənd
Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnistitutu
Müdafiə «30» Aprel 2010cu il tarixində saat «14:00» da Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu nəzdindəki D.01.181. Dissertasiya Şurasının iclasında olacaqdır.

Ünvan: AZ 1143, Bakı şəhəri, Hüseyn Cavid pr.31, AMEA İqtisadiyyat İnstitutu

Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun kitabxanasında tanış olmaq olar.

Avtoreferat «___»___________ 2010cu il tarixində göndərilmişdir.

D.01.181. Dissertasiya
Şurasının Elmi katibi
İqtisad elmləri namizədi G.S.Hacıyeva
İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Mövzunun aktuallığı. Bazar münasibətlərinə keçid mülkiyyətin müxtəlif formalarının meydana gəlməsinə, müəssisələrin təsərrüfat müstəqilliyinin artmasına, bütün tip bazarlarda rəqabət muhitinin formalaşmasına zəmin yaratmışıdır. Çörəkbişirmə müəssisələrində istehsal olunan məhsulun xüsusiyyəti ilə əlaqədar olaraq rəqabətin təsiri digər sahələrdən gec hiss edilməyə başlamışdır.

Çörəkbişirmə müəssisəsinin əsas məhsulu – müxtəlif növlü və çeşidli çörək və çörək bulka məmulatlarıdır ki, insanlar hər gün hökmən istehlak edirlər. Çörəkbişirmə sənayesi strateji əhəmiyyətli sahə olub, ölkə əhalisinin yaşaması üçün zəruri olan enerji və qida maddələri ilə təmin edir. Ona görə də çörəkbişirmə sənayesi müəssisələrinin stabil səmərəli fəaliyyət göstərməsi hər bir ölkə üçün iqtisadi, sosial və siyasi əhəmiyyətli məsələdir. Çörəkbişirmə müəssisələrində istehsal olunan məhsullar rəqabət qabiliyyətli əmtəə kimi müəyyən xüsusiyyətlərə malikdir ki, bu da bazarda rəqabətin xarakterinə bilavasitə təsir edir. Belə ki, çörək və çörək bulka məmulatlarının son istehlak xarakteri istehlak tələbi parametrlərinin xüsusi əhəmiyyətini müəyyən edir. Çörək və çörəkbulka məmulatlarının qarşılıqlı əvəz olunması istehsalçılar arasında onların növ və çeşidlər üzrə rəqabətini stimullaşdırır. Hazır çörəkbulka məmulatlarının qısa müddətdə reallaşdırılmasının zəruriliyi çörəkbişirmə sənayesində səmərəli satış sisteminin yaradılmasını tələb edir.

Bazar iqtisadiyyatına keçidin ilk illərində Azərbaycan Respublikasında sənaye üsulu ilə çörək və çörək bulka məmulatlarının istehsalı xeyli azalmışdır ki, bunun əsas səbəbləri çörək və çörək bulka məmulatlarının qiymətinin baha olması nəticəsində onlardan daha qənaətlə istifadə edilməsi; şəhər və kənd yerlərində kiçik çörəkxanaların sürətlə artması; istehsal sahələri və müəssisələrinin stabil və effektiv fəaliyyət göstərə bilməməsi ilə əlaqədar iqtisadiyyatın böhran vəziyyətinə düşməsi ilə izah edilir.

Müasir çörəkbişirmə sənayesi dəyişən bazar şəraitində çörəkbişirmə müəssisələrinin uyğunlaşma prosesinin sürətlənməsi,bazarın tələbini nəzərə almaqla məhsul istehsalı həcminin və çeşidinin artırılması, istehsalın geniş diversifikasiyasının həyata keçirməsi ilə səciyyələnir. Bu çörəkbişirmə sənayesinin əsas məhsulu olan çörək və çörəkbulka məmulatlarının satış bazarında rəqabətin güclənməsi ilə baş verir. Çörəkbişirmə müəssisələri çeşid quruluşunun dəyişdirilməsi və buraxılan məhsul artırılması hesabına satış bazarını genişləndirir və istehsalın həcmini əhəmiyyətli dərəcədə artırırlar.

Yüksək keyfiyyətli çörəkbulka məmulatları istehsalının artırılması istehsal – satış fəaliyyətinin genişləndirilməsini, istehsalçılar ilə istehlakçılar arasında faydalı qarşılıqlı əlaqələrin qurulmasını, əhalinin müasir tələblərinə uyğun çeşid strukturunun yaradılmasını və əhalinin müxtəlif təbəqələri üçün çörəkbişirmə sənayesinin məhsullarına sərfəli qiymətlərin qoyulmasını tələb edir. Çörəkbişirmə sənayesində istehsalın həcm və çeşid strukturunun müəyyənləşdirilməsində və sabiq bazarın genişləndirilməsində çörək və çörəkbulka məmulatlarının təzə şəkildə istehlakçılara çatdırılması üçün lazımi tədbirlərin həyata keçirilməsində bazar konyukturunun nəzərə alınması vacibdir.

Göstərilən məsələlərin səmərəli həlli çörəkbişirmə müəssisələrinin rəqabət qabiliyyətinin müəyyənləşdirilməsini və onun artırılması yollarının axtarılmasında yeni yanaşmaları zəruri edir. Bu baxımdan «Bazar iqtisadiyyatı şəraitində çörəkbişirmə sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri» mövzusunda dissertasiya işi çox aktualdır.

Problemin öyrənilmə səviyyəsi. Müəssisələrin rəqabət qabiliyyətliliyinin təmin edilməsinin nəzəri və metodoloji əsasları İ.Ansoff, P.R.Dikson, P.F.Drakker, K.P.Makkonell, S.L.Bryu, M.Porter, E.Gemberlin, P.Samuelson kimi qərb iqtisadçıları tərəfindən öyrənilmişdir. Qeyd etmək lazımdır ki, həmin mütəxəssislər tərəfindən firmanın rəqabət qabiliyyətliliyinin tədqiqi iqtisadiyyatı nisbətən stabil inkişaf edən qərb dövlətlərinin timsalında yerinə yetirilmişdir.

MDB ölkə alimləri tərəfindən bu sahədə aparılmış tədqiqat işləri sahə xarakteri daşıyır. Aqrarsənaye kompleksinin müxtəlif sahələrində müəssisələrin rəqabət qabiliyyətliliyinin təhlili və qiymətləndirilməsinə həsr edilmiş nəzəri və praktiki məsələlər A.K.Ələsgərov, İ.H.Alıyev, M.X.Meybullayev, A.B.Abbasov, T.A.Burtseva, N.V.Judro, K.L.Bistrov, L.S.Geşinski, V.V.Deniskin, M.D.Maqomedov, N.S.Tulskiya, A.N.Jiqalov, T.F.Ryabova, A.A.Polidin və başqalarının əsərlərində öz əksini tapmışdır.

Bununla belə, Azərbaycan şəraitində müəssisənin rəqabət qabiliyyətinin qiymətləndirilməsi üzrə mövcud metodların öyrənilməsi və bu sahədə tədqiqatların dərinləşdirilməsi bazar iqtisadiyatının tələblərini və konkret növ əmtəənin xüsusiyyətlərini nəzərə almaqla prinsipcə yeni yanaşmalar tələb edir. Çörəkbişirmə müəssisələrinin rəqabət qabiliyyətliliyinin təmin edilməsi məqsədi ilə metodiki əsasların işlənməsi böyük elmi və praktiki maraq doğurur. Aparılmış tədqiqatların və yazılmış elmi əsərlərin əhəmiyyətini azaltmadan qeyd etmək lazımdır ki, keçid iqtisadiyyatı şəraitində Azarbaycanda çörəkbişirmə sənayesinin inkişaf problemləri ayrıca tədqiq edilməmişdir. Bunlar da dissertasiya mövzusunun seçilməsini şərtləndirmişdir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi Azərbaycan Respublikasının çörəkbişirmə müəssisələrinin rəqabət qabiliyyətinin təhlil edilib qiymətləndirilməsi əsasında bu sahənin səmərəliliyinin yüksəldilməsi istiqamətində elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:
müəssisənin rəqabət qabiliyyəti anlayışının dəqiqləşdirilməsi;
müəssisənin rəqabət qabiliyyətinə təsir edən amillərin sistemləşdirilməsi;
müəssisənin rəqabət qabiliyyətinin qiymətləndirilməsi metodlarının öyrənilməsi;
Azərbaycan Respublikasının çörək və çörək bulka məmulatları bazarında rəqabət mühitinin mövcud vəziyyətinin tədqiqi;
çörəkbişirmə müəssisələrində rəqabət qabiliyyətinin sahə amillərinin müəyyənləşdirilməsi;
ölkədə çörəkbişirmə müəssisələrinin maliyyətəsərrüfat fəaliyyətinin diaqnostikasının aparılması;
müəssisənin iqtisadi artım modelinin formalaşdırılması;
çörəkbişirmə müəssisələrinin sahə xüsusiyyətlərini nəzərə almaqla iqtisadi artım amillərinin müəyyənləşdirilməsi;
çörəkbişirmə müəssisələrinin elmitexniki və innovasiya kontekstində inkişaf strategiyasının işlənib hazırlanması;
çörəkbişirmə müəssisələrinin xüsusiyyətlərini nəzərə almaqla istehsal xərclərinin azaldılması yollarının müəyyən edilməsi.
Tədqiqat obyektini Azərbaycan Respublikasının çörəkbişirmə sənayesinin müəssisələri təşkil edir. Tədqiqatın predmetini çörəkbişirmə sənayesinin inkişafı və rəqabətliliyinin yüksəldilməsi məsələlərinin öyrənilməsi təşkil edir.
Tədqiqatın nəzəri və metodoloji əsasını bazar iqtisadiyyatında, iqtisadi artım strategiyasının seçilməsi probleminə həsr edilmiş Azərbaycan, MDB və xarici ölkələrin tanınmış iqtisadçı alimlərinin fundamental elmitədqiqat əsərləri, Azərbaycan Respublikası Prezidentinin və hökumətinin sosialiqtisadi problemlər üzrə verdiyi qərarlar və sərəncamlar, Milli Məclisin qəbul etdiyi qanunlar və normativ aktlar təşkil edir.
Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliklərinin məlumatları¬, həmçinin tədqiq edilən problemə həsr edilmiş internet saytları təşkil edir.
Tədqiqat prosesində qruplaşdırma, iqtisadistatistik təhlil, müqayisə, dinamika, müşahidə və s. metodlardan istifadə olunmuşdur.
Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:
«müəssisənin rəqabət qabiliyyəti» anlayışının mahiyyəti və məzmunu ümumiləşdirmələr aparılmaqla öyrənilmişdir;
müəssisənin rəqabət qabiliyyətinin qiymətləndirilməsi metodlarının yeni təsnifatı təklif edilmişdir;
müəssisənin iqtisadi artım probleminin mahiyyəti açıqlanmış və onun qiymətləndirilməsi üçün göstəricilər sistemi təklif edilmişdir;
çörəkbişirmə sənayesinin xüsusiyyətləri nəzərə alınmaqla müəssisənin iqtisadi artımının loqistik modeli qurulmuşdur;
müəssisənin elmitexniki və innovasiya kontekstində inkişaf strategiyasının formalaşdırılmasının metodiki əsasları hazırlanmışdır;
istehsal xərclərinin azaldılması yolları aşkar edilmişdir.
Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Dissertasiya işinin praktiki əhəmiyyəti ondan ibarətdir ki, aparılmış elmi araşdırmalar nəticəsində müəllif tərəfindən irəli sürülən təklif və tövsiyələr, çörək¬bi¬şir¬mə sənayesi müəssisələrinin daxili ehtiyatlarından istifadə etməklə, məhsul istehsalının rəqabət qabilliyyətinin yüksəldilməsinə və istehsal xərclərinin azaldılmasına səbəb ola bilər. Tədqiqat işinin nəzərimetodoloji müddəaları, nəticə və təklifləri iqtisadi artım strategiyasının və çörəkbişirmə sənayesinin perspektiv inkişaf istiqamətlərinin əsaslandırılmasında istifadə edilə bilər.
Tədqiqat işinin aprobasiyası və nəticələrinin tətbiqi. Dissertasiyanın əsas müddəları və əldə olunan konkret nəticə və təkliflər Azərbaycan Respublikasında keçirilmiş elmipraktiki konfraslarda məruzə edilmiş, tezis və məqalələrdə öz əksini tapmışdır. Dissertasiya işinin nəticə və təklifləri Azərbaycan Respublikasının çörəkbişirmə sənaye müəssisələrinə təqdim edilmiş və tətbiq haqqında akt alınmışdır.
Dissertasiya işinin quruluşu və həcmi. Dissertasiya giriş, üç fəsil, nəticə və təkliflərdən, 30 cədvəl, 1 diaqram, 1 qrafik və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

TƏDQİQATIN ƏSAS MƏZMUNU

Dissertasiyanın girişində mövzusunun aktuallığı əsaslandırılır, tədqiqatın məqsədi, vəzifələri, obyekti, predmeti və elmi yeniliyi müəyyən edilir, praktiki əhəmiyyəti və aprobasiyası ğöstərilir.
Tədqiqat işinin «Çörəkbişirmə sənayesinin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsinin nəzəri – metodoloji əsasları» adlanan birinci fəslində iqtisadi artım konsepsiyasına nəzəri baxışlar, çörəkbişirmə müəssisəsi bazarında rəqabət subyekti və çörəkbişirmə sənayesinin iqtisadi inkişaf modelinin yaxşılaşdırılması məsələləri araşdırılmışdır.

Qeyd edilir ki, müasir iqtisadi nəzəriyyələr sistemi baxımından iqtisadi artım nəzəriyyəsinin öyrənilməsinin xüsusi əhəmiyyəti, yeri və rolu vardır ki, bu da onun uzun dövr fəaliyyət göstərə bilməsi ilə əlaqədardır. İqtisadi artım bir tərəfdən ümumi müvazinətin yaranmasından əmələ gələn maksimum rifah halını özündə əks etdirir, digər tərəfdən isə artım istiqamətində baş verən müxtəlif dəyişiklikləri nəzərə alır.

«İqtisadi artım» anlayışının ən yaxşı ümu¬miləşdirilmiş elmi tərifi K.R.Makkonnel və Bryu L.Stenli tərəfindən «Eko¬nomiks» kitabında verilmişdir. Onlar iqtisadi artımı məhsulun real həcminin və yaxud adam başına düşən məhsulun real həcminin artması kimi şərh edirlər. Eyni zamanda həmin müəlliflər iqtisadi artımı istehsalda istifadə edilən amillərin təsirinin artırılması, yaxud texnika və texnologiyanın təkmilləşdirilməsi nəti¬cəsində istehsal güclərinin artırılması kimi təyın edirlər.

Tədqiqatçıların iqtisadi artım anlayışının təqdim edilən şərhi ilə razılaşmalarına baxmayaraq iqtisadi artım göstəricilərinin qiymətləndirilməsində hər bir dövlətin dünya iqtisadiyyatında öz yeri və rolu vardır. İşdə iqtqisadi artım konsepsiyası təhlil edilmişdir. Müasir şəraitdə iqtqsadi artımın mahiyyəti haqqında elmi fikirlərin daha da dərinləşdirilməsi texnoloji tərəqqi, yaxud texnoloji yeniliklər kimi amilləri ayırmağa imkan vermişdir. Əmək və kapital amilləri ilə yanaşı iqtisadi artımın innovasiya amilini nəzərə almaqla onların qarşılıqlı aslılıq modeli işlənib hazırlanmışdır.
İşdə iqtisadi artım konsepsiyası ümumiləşdirilərək və iqtisadi artım modeli təhlil edilərək belə bir nəticəyə gəlinir ki, iqtisadi artım amilləri (əmək, kapital və texnoloji proses) müəssisəyə də aid edilə bilər. Burada son mərhədədə dövlət və müəssisə səviyyəsində iqtisadi artım imkanını müəyyən edən makro və mikro səviyyə arasında üzvi əlaqə yaranır.
Bazar iqtisadiyyatı şəraitində çörəkbişirmə sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi səmərələlilik kateqoriyası ilə sıx surətdə bağlıdır. Belə ki, səmərəlilik kateqoriyası istehsalın həcminini artırılmısına, iqtisadi artımın sürətinin yüksəldilməsinə, təkrar istehsal prosesinin miqyas və xarakterinə təsir göstərən mühüm amillərdəndir. Səmərəlilik kateqoriyasını ilk növbədə ön plana çəkən subyektlərdən biri dövlətdir, çünki səmərəlilik dövlətin siyasi formasından asılı olmayaraq hər bir şəraitdə fəailliyyət göstərir. Bu onunla izah edilir ki, səmərəlilik anlayışı ən az xərclə daha çox nəticə əldə etməyi səciyyələndirən kateqoriyadır.
Bazar mexanizminin atributlarından biri rəqabət olduğuna görə, bazarın subyektləri (məsələn, sahibkarlar) səmərəlilik prinsipinə riayət etməsələr, nəticədə onlar uduzacaqlar və iflasa uğrayacaqlar. Ona görə də bazar subyektləri həmişə çalışmalıdırlar ki, səmərəlilik prinsipini əsas tutaraq ən az xərclə daha çox nəticə əldə etsinlər.
İqtisadi artımın sürətini və tempini təmin etmək məqsədi ilə iqtisadi inkişafın prinsipləri ön plana keçməlidir. Çünki mikroiqtisadiyyatın elə sahələri vardır ki, iqtisadi artım orada sabit həyata keçirilir, digər sahələrdə isə gecikmələr müşahidə olunur, pul tədavülü qeyrisabit inkişaf edir və nəhayət tədavülə daxil olan pul vaxtlı vaxtında istehsalçıların təlabatına uyğun olaraq onlara çatdırılmır. Çörəkbişimə zavodlarına gəldikdə isə bu problemlər xüsusi spesifikliyə malikdir. Ona görə ki, çörəkbişirmə əhalinin gündəlik təlabatı ilə bağlıdır. Digər istehsal sahələri ilə müqayisədə çörəkbişirmə mürəkkəb istehal sahəsidir. Burada çörəkbişirmə mənbəyi olan un resurslarının vaxtlıvaxtında, xarab olmadan həm istehsalçıya, həm də istehlakçıya çatdırılması ən ümdə problemlərdən biridir. Eyni zamanda bu məsələ çörəkbişirmə sahəsində rəqabət prosesinə təsir edən amildir.
Rəqabətin predmeti geniş mənada müəyyən tələblərin təmin edilməsinə yönəldilir, bu da rəqiblərin sayının artırılmasını nəzərdə tutur. Belə halda verilmiş tələbi əmtəə ilə, xidmətlə təmin edən və yaxud onu hər hansı bir başqa tələbə «çevirən», yaxud ümumiyyətlə istehlakçının həyat fəaliyyətindən çıxarmağı bacaranların hamısı fəaliyyətdə olur. Rəqabət predmetinin dar mənada başa düşülməsi, analoji əmtəə və yaxud əvəzedici – əmtəə istehsalçıları, rəqiblərinə ayrılmasına gətirir.
Rəqabətin mənbəyi istehlakçıdır (alıcı) və bu qisimdə o, bu və ya digər müəssisənin əmtəəsini və yaxud xidmətini müəyyən meyarlara görə seçmək və bununla da onun fəaliyyətinə təsir etmək imkanına malik olur. Rəqabətin predmetinə və mənbəyinə ayrılması göstərir ki, rəqabət mübarizəsində iki qarşılıqlı təsir sferası vardır: əmtəə bir tərəfdən və istehsalçı (mənbə) digər tərəfdən. Beləliklə, rəqabət mübarizəsinin müxtəlif üsulları, yolları mövcuddur ki, onların müəssisənin effektiv fəaliyyətinə təsiri müxtəlifdir.
Müəssisənin rəqabət qabiliyyətinin təyin edilməsinin nəzəri əsaslarını öyrənmək üçün bazar iqtisadiyyatında onların fəaliyyətinin əsas məqsədinin və hərəkətlərinin motivlərinin tədqiq edilməsi əhəmiyyət kəsb edir. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, müəssisənin məqsədləri və fəaliyyət meyarları, bazar rəqabəti şəraitində qurulan münasibətlərin xüsusiyyətləri və fəaliyyətin səmərəliliyinin artırılmasının mümkün üsulları nəzərə alınmalıdır. Müəssisə istehsalın genişləndirilməsinə, bazarda payının artırılmısı, alıcıların tələblərinin maksimum təmin edilməsi, lazımi imicin yaradılması, buraxılan məhsulun çeşidinin genişləndirilməsi və sair məqsədləri reallaşdırmaqla nail ola bilər.
Qeyd edilir ki, ancaq rəqiblərinin güclü və zəif tərəflərini təhlil edib, öz rəqabət qabiliyyətinin artırılması istiqamətində fəaliyyət strategiyasını işləyib hazırlayan və həyata keçilən müəssisə müvəffəqiyyət qazanıb, çiçəklənə bilər.
Müəssisənin iqtisadi artım konsepsiyasına onu müəyyənləşdirən amillər, onun artım və yaxud azalma tempi və göstəricilərinin hesablanmasının metodiki əsasları, müəssisənin iqtisadi artım modeli və onun inkişaf strategiyası aid edilir. Müəssisənin iqtisadi artımını hesablamaq üçün aşağıdakı düstur təklif edilir.
İa= (Dcari : Çfəh.cari) / (Dəv. il : Çfəh. əv.il)
Burada: İa iqtisadi artım (bir ildə artım tempi)
Dcari cari ildə müəssənin gəliri;
Dəv. il əvvəlki il üçün müəssənin gəliri;
Çfəh.cari cari ildə sənayeistehsalat və qeyri sənaye sahəsinin işçi heyətinin sayı.
Çfəh. əv.il əvvəlki ildə sənayeistehsalat və qeyri sənaye sahəsinin işçi heyətinin sayı.
Müəssisənin «iqtisadi artım» göstəricisinin əhəmiyyəti ondan irəli gəlir ki, o, müəssisənin strateji idarə edilməsi funksiyasını yerinə yetirir.
İşdə çörəkbişirmə müəssisələrinin iqtisadi artım modeli formalaşdırılmışdır ki, bu da onun mərhələlər üzrə inkişafını əks etdirir (şəkil 1). Belə ki, birinci mərhələdə müəssisənin strateji məqsədi müəyyən edilir. İkinci mərhələdə çörəkbişirmə müəssisələrinin fəaliyyətinin strateji təhlili aparılır. Üçüncü mərhələdə çörəkbişirmə müəssisələrinin inkişafının funksional strategiyasının seçilməsi əsaslandırılır. Dördüncü mərhələdə isə müəssisənin iqtisadi artım strategiyasının reallaşdırılmasına istiqamətlənmiş strateji və taktiki planlar işlənib hazırlanır.
Dissertasiya işində iqtisadi artım modelinin metodik aspektinə hər tərəfli baxılmışdır.
İşdə çörəkbişirmə müəssisələrində strategiyanı reallaşdırmaq üçün, strateji idarəetmə bölməsinin yaradılması təklif edilir.
Dissertasiya işinin «Azərbaycanda çörəkbişirmə sənayesinin inkişafının mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi» adlanan ikinci fəslində müəssisənin rəqabət qabiliyyətinə təsir edən amillərin təhlili, çörəkbişirmə məhsulları bazarında rəqabətin xarakterik xüsusiyyətləri və çörəkbişirmə sənayesinin inkişafının mövcud vəziyyətinin qiymətləndirilməsi araşdırılmışdır.
İstehsalat–təsərrüfat fəaliyyətinin səmərəliliyinin ümumi qəbul edilmiş kateqoriyasından fərqli olaraq, «fəaliyyətin bazar səmərəliliyi» kateqoriyası müəssisənin rəqabət potensialının reallaşdırılmasında beş ümumi amil göstərilir.
İşdə müəssisənin səmərəli idarə edilməsini qiymətləndirmək məqsədilə iki göstərici təklif edilir: müəssisənin rentabelliyi və bir işçiyə düşən gəlir (müəssisənin istehsal potensialı).
Şəkil 1. Çörəkbişirmə müəssiəsələrinin iqtisadi artım modeli.
Qeyd edilir ki, çörəkbişirmə sənayesi yeyinti sənayesinin ən mühüm sahələrindən biri olmaqla, 2008ci ildə yeyinti sənayesinin ümumi məhsulunun 15 faizi bu sahənin payına düşür. Çörəkbişirmə müəssisələrinin əsas məhsulu müxtəlif növ və sort çörək və çörək bulka məmulatlarıdır ki, milyonlarla Azərbaycanlının hər gün tələb etdiyi məhsuldur, bu isə çörəkbişirmə sənayesinin strateji əhəmiyyətini müəyyən edir.
Qeyd: Diaqram DSKnin materiallarının ümumiləşdirilməsi əsasında müəllif tərəfindən tərtib edilmişdir.

Çörəkbişirmə sənayesinin əsas xammalı taxıldır. Respublikamızda taxıl məhsullarının ehtiyatları 2008ci ildə 2000ci ilə nisbətən 1,45 dəfə artmışdır. Həmin dövrdə taxıl istehsalı 1,35 dəfə artmışdır. Qeyd edilir ki, respublikada çörəkbişirmənin xarakterik xüsusiyyəti istehsalın mərkəzləşməsidir ki, bu da sənayenin inkişaf etdirilməsi üçün əsas istiqamət kimi fasiləsiz texnoloji proseslərdən istifadə etməklə, mexanikləşdirilmiş axın xətləri ilə təchiz edilmiş iri (əsasən sənaye mərkəzlərində) və orta (kiçik şəhərlərdə və qəsəbələrdə) çörəkbişirmə müəssisələrinin tikintisi olmuşdur. Bu az əmək sərf etməklə istehsalı mexanikləşdirməyə imkan vermişdir.
Çörək və çörəkbulka məmulatlarının istehsal gücləri əhalinin məskunlaşma coğrafiyasını ifadə edir, həmçinin onun şəhərlərdə və əhalinin məskunlaşdığı məntəqələrdə mərkəzləşməsinə uyğun gəlir. Bununla yanaşı əhalinin məskunlaşdığı iri məntəqələr daxilində çörəkbişirmə müəssisələri qeyri rasional yerləşmişdir. Böyük gücləri, dar ixtisaslaşmış müəssisələrin olması çörək və çörək bulka məmulatlarının qeyri rasional daşınmasına gətirib çıxarır.
Vaxtında bişirilmiş və istehlakçılara təzə və müxtəlif çörək bulka məmulatlarının qısa məsafəyə catdırılması tələbi, bazarın xüsusi çəkisinin artmasına səbəb olmuşdur ki, hal hazırda kiçik çörəkxanaların sayı 1000 – dən artıqdır. Onların meydana gəlməsi məhsullar bazarında rəqabəti gücləndirmişdir.
Azərbaycan Respublikasının çörəkbişirmə sənayesi müəssisələrində istehsal olunan çörək və çörək bulka məmulatlarının dinamikası onun dayanmadan artdığını göstərir. Belə ki, 2008ildə 1990cı ilə nisbətən çörək və çörəkbulka məmulatlarının həcmi 2,3 dəfə, 2000ci ilə nisbətən isə 1,7 dəfə artmışdır.
Regionlarda isə bu məhsulların artım tempi 214% arasında tərəddüd etmişdir.
Çörək və çörək bulka məmulatlarının istehsalının 1999cu ildən başlayaraq artması meyli, çörəkbişirmə müəssisələrinin bir hissəsinin bazar şəraitinə və rəqabətə alışması ilə əlaqədardır ki, bu çevik qiymət səviyyəsini, yüksək keyfiyyətli məhsul istehsalını təmin edən diversifikasiyanın aparılmasında öz əksini tapmışdır. Bu isə çörəkbişirmə müəssisələrinin əsas məhsullarının (çörək və çörək bulka məmulatlarının) bazarda satışının rəqabətliliyinin güclənməsi ilə əlaqədardır. Çörəkbişirmə müəssisələri buraxdıqları məhsulun çeşidini artırmaq və onun quruluşunu dəyişməklə satış bazarını genişləndirirlər və istehsal həcmini artırırlar.
Çörək və çörəkbulka məmulatları bazarının xarakterik xüsusiyyəti, istehsalçıların dar regional rəqabətidir. Belə ki, çörəkbişirmə müəssisələrinin məhsulunun satışını onun istehsalından çatdırılma radiusu 100 km olan rayonda reallaşdırmaq daha sərfəlidir. Müəyyən edilmişdir ki, çörəkbişirmə sənayesinin mövcud istehsal güclərindən aşağı səviyyədə istifadə edilir.

Əsas fondların aşınma səviyyəsinin yüksək olduğu, bəzi çörəkbişirmə müəssisələrində bu göstəricinin 80%ə çatdığı göstərilir. Bu sahənin əsas fondlarının yeniləşmə əmsalı orta hesabla 37% təşkil edir.
Çörəkbişirmə müəssisələri 700 addan artıq geniş çeşidli məhsul istehsal edir. Lakin ümumi məhsul istehsalının 95%, 100140 adda çörək və çörək bulka məmulatlarının payına düşür. Dissertasiya işində çörək və çörəkbulka məmulatlarının təsnifatı verilmişdir. Çörəkbulka məmulatlarının növlərə, tiplərə və qruplara ayrılması çörəkbişirmə məhsulları bazarında istehsalçılar arasında növ və əmtəəlik rəqabətin meydana gəlməsinə səbəb olur.
İşdə çörək və çörəkbulka məmulatları bazarında rəqabətin xarakterini öyrənərkən müəyyən edilmişdir ki, Bakı şəhərinin çörəkbulka məmulatları bazarını sağlam rəqabət bazarına aid etmək olar ki, burada inhisarçı və xalis rəqabətin əlamətləri özünü biruzə verir. Rəqabətin intensivliyini qiymətləndirərkən Bakı şəhərinin çörəkbulka məmulatları bazarının təmərküzləşmə göstəriciləri hesablanmışdır. Belə ki, aparılan hesablamalar göstərir ki, bazarın əsas iştirakçılarının tərkibi stabildir və onlar bazarda öz paylarını saxlayırlar. Bazarda rəqabətin intensivliyinə təsir edən ən vacib amil bazarın rentabellik səviyyəsidir.
Qeyd edilir ki, Bakı şəhərində çörəkbişirmə müəssisələrinin istehsal etdikləri çörək və çörəkbulka məmulatlarının həcmi təhlil olunan dövr ərzində artmışdır ki, bütünlükdə çörəkbişirmə bazarında MuğanATSCnin xüsusi çəkisi 15%, Bakıxanov0,2%, Pirallahı0,8% təşkil etmişdir.

Araşdırmalar göstərir ki, 20012008ci illərdə Azərbaycan Respublikasında çörəkbişirmə sənayesi müəssisələrinin sayı azalmışdır ki, bunun əsas səbəbi onların zərərlə işləməsi olmuşdur. Müəssisələrin zərərlə işləməsinin səbəbi kimi bazar iqtisadiyyatı şəraitində istehsalın inkişaf strategiyasının düzgün işlənib hazırlanmaması olmuşdur.

Çörəkbişirmə müəssisələrinin istehsal etdikləri çörəkbulka məmulatlarının çeşidinə regionların xüsusiyyətləri, iqlim şəraiti, əhalinin demoqrafik vəziyyəti, şəhər və kənd əhalisinin nisbəti kifayət qədər təsir edir.

Çörəkbişirmə sənayesinin ən önəmli problemi əsas xammal sayılan un istehsal etmək üçün yüksək keyfiyyətli buğdanın kifayət qədər olmamasıdır. Çörəkbişirmə sənayesində istifadə olunan unun 60faizdən çoxu aşağı keyfiyyətlidir, yəni yapışqanlıdır. Buğdanın bir hissəsi ekoloji cəhətdən əlverişsiz zonalarda yetişdirilir ki, bu da unun mikrobiolji vəziyyətini pisləşdirir.

Təhlil göstərir ki, 20012008ci illər ərzində Azərbaycan Respublikasının qida məhsulları istehsalının strukturunda çörək və çörək bulka məmulatlarının payı artmışdır. Daha doğrusu ölkədə qida məhsullarının xüsusi çəkisi 2001ci ildəki 4,2 faizdən 2008ci ildə 8,9 faizə çatmışdır.

Tədqiqat nəticəsində çörəkbulka məhsullarının çörək zavodlarında və çörəkxanalarda istehsalının üstünlükləri və çatışmamazlıqları müəyyən edilmişdir.
Ölkənin çörəkbişirmə sənayesinin müasir vəziyyəti qiymətləndirilərək qeyd edilir ki, bu sahədə bulka, şəkərli və unlu qənnadı məmulatların istehsalı üçün kompleks – mexanikləşdirilmiş və avtomatlaşdırılmış axın xətləri çatışmır və texniki yeniləşməni tələb edir.
Tədqiqat işinin «Azərbaycanda çörəkbişirmə sənayesinin perspektiv inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətləri» adlı üçüncü fəslində çörəkbişirmə sənayesinin inkişafı, rəqabət qabiliyyətinin yüksəldilməsi yolları, elmi texniki və innovasiyalı inkişaf strategiyasının hazırlanması məsələləri tədqiq edilir.
Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, yaxın illərdə çörəkbişirmə sənayesinin istehsaltexniki bazasının inkişafı, əsasən yeni müəssisələrin tikilməsi ilə deyil, texniki silahlanma və mövcud çörək zavodlarındakı avdanlıqların modernləşməsi ilə xarakterizə edilir.
Qeyd edilir ki, müəssisənin texniki yeniləşməsi prosesinin kapital tutumlu olduğu nəzərə alınsa, kpitalın uzun müddət ərzində səmərəliliyini təmin etmək baxımından daxili və xarici mühitin təsirini nəzərə almaq lazımdır. Belə ki, çörəkbişirmə müəssisələrinin elmi – texniki inkişaf sahəsində daxili mühitinin təhlili göstərir ki, köhnəlmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, mütərəqqi texnikanın tətbiqi istiqamətində strategiyanın reallaşdırılması müxtəlif mülkiyyət formalarından, idarəetmə bacarığından asılı olaraq həyata keçirilir. Yeni texnologiyanın tətbiqi nəticəsində çörəkbişirmə müəssisələri istehsal olunan məhsulların çeşidini genişləndirmək, istehlakçının artan tələbatını təmin etmək və yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Qeyd edilir ki, çörərkəbişirmə müəssisələri yeni texnoloji xətlərin alınmasında maliyyə çətinlikləri ilə üzləşirlər.
Çörəkbişirmə müəssisələrinin xarici mühitini təhlil edərkən, istehsalın modernləşdirilməsi istiqamətində yığım fondunun yaradılması məqsədəuyğun hesab edilir.
Hər bir çorəkbişirmə müəssisəsinin belə imkanlara malik olmasını qiymətləndirmək üçün amortizasiyanın orta normasından istifadə edilir.
Təkrar istehsal üçün tələb olunan əsas kapitalın mənbəyi məhsulun həyat tsiklinin müddətindən aslı olaraq amortizasiya normaları ilə müəyyən edilir. Çörərkəbişirmə müəssisələrinin modernləşdirilməsi, yeni məhsul növünün istehsalı və yenidən genişlənmiş istehsalı üçün amortizasiya ayırmlarından istifadə edilməsi strateji cəhətdən əlverişlidir.
Çörəkbişirmə müəssisələrinin texniki bazasını inkişaf etdirmək üçün mütərəqqi texnologiyaların tətbiq olunması məqsədəuyğun sayılır ki, bunlara da aşağıdakıları aid etmək olar:
yüksək texnoloji xüsusiyyətlərə malik süd turşusu bakteriyalarının seleksiyalanmış ştamlarından istifadə etməklə xəmir hazırlanması üsulları;
xəmir yoğrulduqdan sonra xəmir kütləsini, xəmir kəsən avadanlığa nəqletdirmə istisna olmaqla fasiləsizdiskret;
buğda unundan çörək istehsalının sürətli texnologiyası (bioloji xüsusiyyətləri yaxşılaşdırılmış çörək mayası istifadə edilir);
«soyuq» texnologiya, xəmirin bir fazada hazırlanması, yüksək maltoza aktivliyinə malik qıcqırtma istifadə etmək; aşağı temperaturlarda intensiv xəmir yoğrulmasında kompleks yaxşılaşdırıcıların tətbiq edilməsi;
yarımfabrikatları saxlamaq üçün aşağı temperaturdan və ya xəmir pəstahları dondurmaqla istifadə edilən texnologiya;
mikroorqanizmlərin yetişdirilməsi, yəni xəmiri mayalamaqla hazırlama texnologiyası;
maya acıtma texnologiyası, yetişdirilməsi bilavasitə çörək zavodlarında ən yaxşı mühitdə həyata keçirilir.
İnnovasiya strategiyasının işlənib hazırlanmasının əsasında innovasiya prosesi durur ki, onun həllində elmi ideya və yaxud texnikiiqtisadi ixtira kommersiya üçün istifadə mərhələsinə qədər çatdırılır və iqtisadi səmərə verməyə başlayır. Müəllif çörəkbişirmə sənayesi üçün innovasiya prosesini üç mərhələ ilə xarakterizə edir: yeniliyin yaradılması, hazırlanması və yayılması. Belə ki, innovasiya çörəkbişirmə müəssisələrinin gələcək texniki inkişaf səviyyəsini xarakterizə edir ki, bu da bilavasitə elmi tədqiqatlar, təcrübə və tətbiq ilə əlaqədardır.
Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, elmitexnikatərəqqinin son nailiyyətlərindən çörəkbişirmə müəssisələrində istifadə etmək üçün yenilikləri mənimsəməkdə iştirak etmək qabiliyyəti olan, perspektivli texnoloji sistemlərin və texnoloji proseslərin yaradılması istiqamətində yüksək inkişaf etmiş elmiistehsalat bazasının yaradılmasına ehtiyac duyulur. İşdə çörəkbişirmə sənayesində reinjinirinqin innovasiya xarakterinə iki mövqedən yanaşmaq məqsədəuyğun hesab edilir: 1. yeni iş prosesinin işlənilməsi və onun reallaşdırılması başqa çörəkbişirmə müəssisələrinin istehsalat təsərrüfat sistemində (istehsal güclərinin artırılmasında anbar binalarının tikintisində, soyuducu qurğuların alınmasında, yeni idarəetmə xidmətinin və informasiya mərkəzlərinin formalaşdırılmasında və s.) növbəti innovasiya üçün şərait yaradır; 2. reinjinirinq innovasiya fəaliyyətində metod və innovasiya strategiyasının müxtəlif növü kimi çıxış edərək, çörəkbişirmə müəssisələrinin innovasiya strategiyasını yüksək iqtisadi artıma sövq edir. Göstərilir ki, çörəkbişirmə sənayesinin innovasiyalara əsaslanan təkrar istehsalı səmərəli sayıla bilər.
İşdə xərclərin idarə edilməsi sahəsində «direktkostinq»dən istifadə edərək, bütövlükdə gəlirin artımına və iqtisadi artıma təsir edən marjinal gəlir, çeşidin optimallaşdırılması, sahə xüsusiyyətlərini nəzərə almaqla əlavə xərclərin bölüşdürülməsi əsasında çörəkbişirmə məhsullarının maya dəyərinin kalkulyasiyasının tərtib edilməsi baxımından praktiki tövsiyə hazırlanmışdır.
«Direktkostinq» sitsteminin çörəkbişirmə sənayesinin müəssisələrinə tətbiq edilməsi imkanları araşdırılmış, onun «Standartkost» sistemindən fərqli cəhətləri müəyyən edilmişdir.
Göstərilir ki, bazar münasibətləri inkişaf etdikcə Azərbaycanın çörəkbişirmə müəssisələrində «direktkostinq»in tədricən tətbiq edilməsinə başlanılmışdır. Bu ayrıayrı əmtəə istehsalçıları arasında rəqabətin artması, satış bazarı uğrunda mübarizə və bazarda yeni seqmentin axtarılması, yeni məhsul növünün mənimsənilməsi, reklamı, bazarın tədqiq edilməsinə çəkilən xərclərin çoxalması ilə əlaqədardır.
Göstərilir ki, iqtisadi artım strategiyasının işlənib hazırlanması şəraitində direktkostinq sistemindən istifadə edilməsi məhsulun istehsalı və reallaşdırılması həcminin dəyişməsindən asılı olmayaraq sabit və dəyişkən xərclərin düzgün müəyyənləşdirilməsinə imkan verir.
«Direktkostinq» sistemi istehsalın həcmindən asılı olaraq gəlirli və ya zərərli istehsalı müəyyən etməyə; məhsul istehsalının kritik nöqtəsini hesablamağa; dəyəri proqnozlaşdırmağa, yaxud istehsal həcmini nəzərə almaqla ayrıayrı xərc maddələrinin sərfinin və məhsulun daha rentabelli çeşidinin müəyyən edilməsinə; variantla maya dəyərinin formalaşmasına yaxınlaşdıqda buraxılan məhsulun çeşidinin optimallaşdırılmasına imkan verir ki, bununla da müəssisənin strateji idarəetmə məsələlərinin uğurlu həllinə zəmin yaradılır.
İşdə istehsalın həcmi ilə məhsul buraxılışı arasında əlaqəni müəyyən etməyə imkan verən reqresiya təhlilindən istifadə edilərək, onların dəyişkən xarakterli olduğu göstərilir. Qeyd edilir ki, təhlil aparılan dövr üçün dəyişən xərclərin orta aylıq payı 69,3%93,3% təşkil edir.
Müəssisənin iqtisadi artımına təsir göstərən gəlirin artması çörəkbişirmə müəssisəsinin istehsal etdiyi məhsulun çeşidindən kifayət dərəcədə asılıdır. Belə vəziyyətdə müəssisənin rəhbərliyi qarşısında, hansı məhsul istehsalının artırılması və hansının istehsaldan çıxarılması, nəticədə mümkün qədər alıcının tələblərini ödəməklə həmin məhsul istehsalının müəssisəyə daha çox gəlir gətirməsi məsələsi durur.
Aparılmış tədqiqatlar göstərir ki, «Direktkostinq»lə xərclərin hesablanması ənənəvi üsulla hesablamadan 7,43% çox gəlir gətirir. Bu sistemin üstünlüyü məhsul strategiyasını təyin etməklə yanaşı ona uyğun xərcləri və gəliri müəyyənləşdirir. Beləliklə, çörək müəssisələri xərclərin idarə edilməsində, qərar qəbulunda «Direktkostinq» tətbiq etməklə zərərdən qorunmaq üçün gəlirin hansı səviyyədən aşağı düşə bilməməsini müəyyənləşdirirlər.
İşdə riyazistatistik üsüldan istifadə edərək istehsal proqrammının optimallaşdırılması metodikası işlənib hazırlanmışdır. Qeyd edilir ki, çörəkbişirmə sənayesinin istehsal həcminin optimal qiymətini müəyyən edərkən minimum xərclər strategiyasının tətbiqi məqsədəuyğun sayılır.
Aparılan araşdırmalar çörəkbişirmə müəssisələri üçün minimum xərclər strategiyasının üstünlüklərini və çatışmamazlığını aşkara çıxarmağa imkan vermişdir.
Minimum xərcləri olan müəssisə perspektivdə daha aşağı qiymətlər təklif edər və bazarda böyük paya sahib ola bilər. Model çərçivəsində tədarükçülər haqqında onu göstərmək olar ki, tədarükçülərin rəqabət qüvvəsi kifayət qədər böyükdür və onlar müəssisənin fəaliyyətinin səmərəliliyinə təsir göstərə bilər.
Minimum xərclər strategiyasına əsaslanaraq öz rəqiblərinə nəzarəti həyata keçirən böyük həcmdə məhsul istehsal edən müəssisə tədarükçülərə öz şərtlərini diktə edə bilər. Minimum xərclər strategiyasını qəbul edən müəssisə, daima yeni texnika və texnologiyaları vaxtında tətbiq edərək, bazarın tələbinə uyğun yeni məhsul istehsal etməyə çalışır.
Müəllif minimum xərclər strategiyasına təsir edən amilləri aşağıdakı kimi qruplaşdırır:
sahə kifayət qədər standartlaşdırılmış məhsul istehsal edir və differensasiya imkanları məhduddur;
qiymət üzrə təlabat elastikdir;
əmtəə istehlakçısının dəyişilməsi ehtimalı böyükdür.
İqtisadi artımın mühüm mənbələrindən biri kimi minimum xərclər strategiyasının işlənib hazırlanmasını məhsul çeşidinin optimallaşdırılması ilə əlaqələndirmək zəruridir. Bu məqsədlə ehtiyat, möhkəmlik və istehsal dəstəyi effekti əmsallarının hesablanması ilə müşahidə edilən məhsul çeşidinin optimallaşdırılmasına istiqamətlənmiş minimum xərclər strategiyasının işlənib hazırlanması təklif edilir.
Bütün istehsalın və ayrıayrı məmulatların rentabelliliyinin səviyyəsinin yüksəldilməsində məcmu marjinal gəlir böyük rol oynayır. Uyğun olaraq qiymət və dəyişən xərclərin cəminin fərqi çox olduqca, marjinal gəlirin həcmi bir o qədər çox və rentabellilik səviyyəsi yüksək olur.
Məhsulun maya dəyərinin ancaq dəyişən xərclərlə məhdudlaşdırılması normallaşdırma, planlaşdırma, uçot və kalkulyasiyalaşdırma işini, habelə xərc maddələrinin azalmış sayına nəzarəti sadələşdirməyə imkan verir. Marjinal gəlirin qiymətinə görə kalkulyasiyalaşdırma metodundan istifadə edilməsi buraxılan məhsulun çeşidi haqqında qərarın qəbul edilməsinə təsir göstərir.
Qeyd edilir ki, məmulatların çeşidinin saxlanılması, yaxud onların istehsaldan çıxarılması haqda qərar verməkdən əvvəl çörək zavodunun istehsal etdiyi məmulatların satışından müəssisənin əldə edəcəyi gəlirin hesablanması zəruridir. Bu istiqamətdə marjinal gəlirin cəmi (Cg), aşağıdakı düsturla hesablanır:

Cg =N – Zdəy. və yaxud Cg = Zs +G;
burada N – məhsulun satışından əldə edilmiş gəlir;
Zs. sabit xərclərin cəmi;
Zdəy. –dəyişən xərclərin cəmi;
G – gəlir;
Müəssisənin bu növ məhsulların hər bir tonunun istehsalına və reallaşdırılmasına çəkdiyi xərclər aşağıdakı düsturla hesablanmışdır.
Ödəmə əmsalı (Kö)

Kö =
Mədaxilin zərərsizlik nöqtəsi (Nk)
Nk = Zs / (Cg/N)

Faktiki mədaxilin, zərərsizliyi təmin edən mədaxildən nə qədər çox olduğunu qiymətləndirməkdən ötrü ehtiyat möhkəmliyi (F) hesablamaq lazımdır:

F = (NF Nk) / NF  100%

Burada NF – faktiki mədaxildir.

Mədaxilin dəyişməsinin gəlirin dəyişməsinə təsirini müəyyənləşdirmək üçün istehsal dəstəyinin səmərəsi (Eid) göstəricisi aşağıdakı düsturla hesablanır:

Eid = (N – Z,dəy.) / G

Və yaxud Eid = (Zs + G) / G

İşdə çörəkbişirmə zavodunda istehsal edilən 1 ton məhsulun istehsalına və reallaşdırılmasına çəkilən xərclər, vahid məhsula düşən marjinal gəlirin orta qiyməti hesablanmışdır.

Müəyyən edilmişdir ki, məhsulun reallaşdırılmasından əldə olunmuş qazanc (ziyan) və müəssisənin fəaliyyətinin əsas maliyyə nəticəsinin – gəlirin düzgün formalaşmasını təmin edən maya dəyəri göstəricisinin etibarlı hesablanması minimum xərclər strategiyasının hədəf nöqtəsidir.

Çörəkbişirmə müəssisələri tərəfindən konkret növ məhsullar üzrə dolayı xərclərin müxtəlif metodlarla paylanması, xərclərin minimallaşdırılması şəraitində, onların xərclərin idarə edilməsini həyata keçirməyə imkan verər.

İşdə tədqiqat nəticəsində çörəkbişirmə zavodlarında iqtisadi artıma təsir edən amillər müəyyən edilmiş və iqtisadi artım modelində onların nəzərə alınması zəruriliyi göstərilmişdir:

elmi–texniki inkişaf strategiyası, innovasiya strategiyası, innovasiyalardan istifadə etməklə yeni istehsalın inkişaf etdirilməsi;

məhsul – marketinq strategiyası – satış bazarını öyrənməklə məşğul olan marketinq xidmətinin yaradılması;

maliyyə strategiyası, xərclərin azaldılması strategiyası – maliyyənin, əlavə xərclərin paylanması metodlarının optimallaşdırılması.

Göstərilir ki, məqsədyönlü kapital qoyuluşunun həyata keçirilməsi məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına, tələbin artmasına və əlavə gəlirin əldə edilməsinə imkan verər. Yeni texnoloji avadanlıqların və texnologiyaların tətbiqi enerji daşıyıcılarına qənaət edilməsinə və enerji xərclərinin azaldılmasına şərait yaradar.

Aparılmış tədqiqatın nəticələri aşağıdakı kimi ümumiləşdirilmişdir:

bazarda rəqabət mühitinin tipini xarakterizə edən əlamətlər müəyyənləşdirilmişdir;

çörəkbişirmə müəssisələrinin məhsuluna tələbin xarakteri əsasən sosialiqtisadi amillərin az elastikliyi ilə xarakterizə edilir;

təmərküzləşmə göstəricisi bazarda aşağı dərəcədə inhisarlaşmanı, rəqabət intensivliyinin yüksək olduğunu göstərir;

elmitexniki tərəqqinin son nailiyyətlərindən istifadə etməklə texnoloji proseslərin yaradılması istiqamətində yüksək inkişaf etmiş elmiistehsalat bazasının yaradılması zəruridir;

çörəkbişirmə sənayesi innovasiya fəaliyyətinin prioritet istiqamətləri müəyyənləşdirilmişdir;

   
   

AZƏRBAYCAN

Video
 

LİNKLƏR

 
 
SAYĞAC
free counters
 
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu.
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən sayta istinad etmək gərəkdir. 2011.